Yanvarın 16-da keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,8045 AZN/$1 təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“Bu gün AMB Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib. Hərracda manatın orta çəkili məzənnəsi 1,8045 səviyyəsində formalaşıb”, - deyə məlumatda bildirilir.
Yanvarın 12-də keçirilən hərracda manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7867 AZN/$1 təşkil edib.
12 yanvar 2017-ci il tarixində AMB yeni formatda hərrac mexanizminin tətbiqini başlayıb. Hərraclar birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir. **
A.Axundov