2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixrac həcmi 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,8% - $1 mlrd. 117,7 mln.-dək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
"2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $19 mlrd. 606,2 mln., ixrac $11 mlrd. 889,5 mln. təşkil edib. Qeyri-neft məhsullarının ixrac payı $1 mlrd. 117,7 mln. məbləğində olub. Azalma 17,8%, xüsusi çəki ixracın ümumi həcminin 9,4%-ni təşkil edib", - deyə məlumatda bildirilir.
11 ayın yekunları üzrə xarici ticarətdə müsbət saldo $4 mlrd. 172,8 mln.-a bərabər olub.*
A.Əzizov