Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Bakı sakinindən 2 kq-dan çox narkotik götürüblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səfər İbrahimovdan 2,205 kq heroin, 11 kiloqram marixuana, 9,6 qram tiryək götürülüb”, - deyə məlumatda bildirilir.*
R.Babayev