Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Brüsselə yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Səfərdə məqsəd NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil ediləcək görüşlərdə iştirak etməkdir”, - deyə məlumatda bildirilir.
Tədbir yanvarın 17-də NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.*
F.İsazadə