Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi“Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” qanun layihələrini Nazirlər Kabinetinə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Komitədən məlumat verilib.
“Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətdə Texniki Maneələr üzrə Sazişi əsasında beynəlxalq və Avropa təcrübəsi nəzərə alınaraq hazırlanmış “Texniki tənzimləmə haqqında” qanun layihəsi, o cümlədən, texniki tənzimləmə sisteminə keçidlə bağlı hazırlanmış “Standartlaşdırma haqqında” qanunun yeni versiyasının layihəsi də aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olun hökumətə təqdim edilib”, - deyə məlumatda deyilir.
Həmçinin Komitə tərəfindən “Azərbaycan Respublikasının “Standartlaşdırma üzrə 2017-2019-cu illər üçün İşlər Planı””nın layihəsi hazırlanıb. Bu Planda yeni standartlarların işlənməsi ilə yanaşı texniki normativ sənədlər fonduna daxil olan milli standartların dövri yoxlamadan keçirilməsi nəzərdə tutulur.
“İl ərzində 12 standart işlənib, dövlət qeydiyyatına alınıb”, - deyə məlumatda vurğulanır. **
A.Axundov