Azərbaycan Mərkəzi Bankı (AMB) tədavüldən çıxarılan yararsız metal pul nişanlarının məhv edilməsi sisteminin satın alınması məqsədilə şirkətlərdən təkliflərin qəbul müddətini 2017-ci il fevralın 13-dək uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
"Təkliflərin qəbul müddəti yenidən uzadılıb. Tender komissiyası təkliflərin qəbul müddətinin 2017-ci il fevralın 13-dək uzadılması barədə qərar qəbul edib. Tender proseduru fevralın 14-də baş tutacaq", - deyə məlumatda bildirilir.
Tenderdə iştirak haqqı 300 manatdır.
AMB-nin planlarına əsasən sistem podratçı ilə müqavilə bağlandıqdan sonra 6 ay ərzində bankda tətbiq olunmalıdır.
Mərkəzi Bank tender təkliflərinin qiymətləndirilməsində pul və texniki meyarları nəzərə alacaq.*
A.Əzizov