2016-cı ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $610 mln. 832,24 min təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 3,6 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2016-cı ildə Azərbaycanın xarici ticarət dövriyyəsi $17 mlrd. 675 mln. 727,26 min (azalma 19,4%) təşkil edib.
Bununla yanaşı, hesabat ili ərzində ixracın həcmi $9 mlrd. 143 mln. 279,75 min, idxalın həcmi $8 mlrd. 532 mln. 447,51 min təşkil edib. 2015-ci ilin göstəricisi ilə müqayisədə ixracın həcmi 28,17%, idxalın həcmi isə 7,4% azalıb.
İxracın strukturunda 71,14% neftin, 4,48% neft məhsullarının, 10,62% təbii qazın, 0,31% elektrik enerjisinin, 4,08% meyvə-tərəvəz məhsullarının, 0,07% çayın, 0,19% bitki və heyvan mənşəli yağların, 0,68% qəndin, 0,2% spirtli və spirtsiz məhsulların, 0,61% kimya məhsullarının, 1,08% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,2% pambıq ipliyin, 1,05% qara metal və ondan hazırlanan məmulatların, 1,07% alüminium və ondan hazırlanan məmulatların, 4,22% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 15,49% ərzaq məhsullarının, 1,79% tütün və tütün məhsullarının, 0,21% sementin, 2,3% əczaçılıq məhsullarının, 3,3% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,22% odun və agac məhsullarının, 13,11% qara metal və ondan hazırlanan məmulatların, 23,6% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 9,54% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,31% mebelin, 27,13% digər məhsulların payına düşüb.
2016-cı ildə xarici ticarət əməliyyatlarında 5,435 min özəl və dövlət müəssisəsi və 8,62 min fiziki şəxs iştirak edib.
Ötən il Azərbaycan dünyanın 186 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
2016-cı ildə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 17,06%-i), Türkiyə (12,39%), Tayvan (8,72%), İsrail (7,26%) və Almaniya (6,68%), əsas idxal əməliyyatlarını isə Rusiya (19,24%), Türkiyə (13,85%), Çin (8,25%) və Böyük Britaniya (5,8%) ilə həyata keçirib.*
N.Abbasova