Cəlal Orucov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) baş texnologiya inzibatçısı vəzifəsinə təyin edilib. Bu barədə bankın məlumatında deyilir.
“Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik C.Orucov ABB-də elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq”, - deyə məlumatda bildirilir.
C.Orucov 2006-cı ildən Milli Kart prosessinq mərkəzinin icraçı direktoru olub. ABB-dəki son təyinata qədər isə “Unibank”ın texnologiyalar üzrə direktoru vəzifəsində çalışıb.*
A.Axundov