2016-cı ildə Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Əgər 2015-ci ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 2462 müraciət daxil olmuşdursa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib”, - deyə məlumatda bildirilir.
Müraciətlərin 32,8%-i lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənənlərin (T36-T50), 21%-i dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1%-i yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.*
R.Babayev