Cari ilin yazında Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
“Bu ilin yazında Bakıda növbəti Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək”, - deyə M.Mard bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, forumda çətinliklər, həmçinin Azərbaycan və Aİ ölkələrinin iş adamları arasında biznes əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. **
F.İsazadə