Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.
Hərbi qulluqçularımız arasında itki yoxdur”, - deyə məlumatda deyilir.
Nazirlik bunu “Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfindən törədilən növbəti təxribat” kimi qiymətlənidirir.
“Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq”, - deyə məlumatda vurğulanır. **
F.İsazadə