2016-cı ilin birinci yarısının yekunları üzrə SOCAR şirkəti (ARDNŞ) 550 mln. manat həcmində xalis mənfəət əldə edib. Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovbəyan edib.
“Ötən ilin birinci yarısı ərzində şirkətin xalis mənfəəti 550 mln. manat təşkil edib. Ümid edirik ki, bu göstəricini qoruyub saxlaya biləcəyik və 2016-cı ilin yekunları üzrə mənfəət əldə edəcəyik”, - deyə S.Qasımov bildirib.
2015-ci ilin yekunları üzrə SOCAR-ın xalis zərəri 2014-cü ilin yekunlarına dair 1 mlrd. 274 mln. manat məbləğində xalis mənfəətə qarşı 1 mlrd. 785 mln. manat təşkil edib. **
N.Abbasova