Azərbaycan prezidenti İlham Əliyevin bu gün Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edildi, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olundu. Söhbət zamanı “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. **
A.Axundov