Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Lüksemburqun baş naziri, dövlət naziri Ksavyer Bettel ilə görüşüb. Bu barədə dövlət başçısının saytında qeyd olunur.
Azərbaycanda kosmik sənayenin də inkişaf etdiyini deyən prezident İ.Əliyev ölkəmizin bu sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. K.Bettel ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən İKT, maliyyə və investisiya sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirdi. dövlət naziri Lüksemburq ilə Azərbaycan arasında hava nəqliyyatı ilə yük daşımaları sahəsində uğurlu əməkdaşlığın olduğunu dedi.
O cümlədən, prezident İ.Əliyev həmin gün Davosda Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şamşir Vayalil və “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə görüşüb. **
A.Axundov