SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ildə 7 mln. 521 min ton neft hasil edib ki, bu da 2015-ci ilin göstəricisindən 7,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Ötən ilin dekabr ayında SOCAR 585,6 min ton neft hasil edib.
2016-cı ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 41 mln. 34,2 min ton (azalma 1,4%), dekabrda isə 3 mln. 314,9 min ton təşkil edib. **
N.Abbasova