Ötən il Monakoya səfər edən Azərbaycan turistlərinin sayı 2015-ci illə müqayisədə 23% - 1,871 minə qədər azalıb. Bu barədə Monako Knyazlığının Turizm və konqressslər İdarəsindən məlumat verilib.
“2016-cı ilə 890,706 min turist Monakoya səfər edib. 20165-ci ildə onların sayı 886,58 min nəfər təşkil edib”, - deyə məlumatda deyilir.
Ötən il Azərbaycandan 1,871 min turist bu ölkəyə səfər edib. 2015-ci ildə isə turistlərin sayı 2,445 min nəfər olub.
“2016-cı ildə əldə etdiyimin nəticələrlə fəxr edirik. Rusiya bazarı, MDB-nin digər ölkələri kimi, Monako üçün turizm istiqaməti olaraq prioritet təşkil edir. Bu il Monako Astanada keçiriləcək EXPO-2017 sərgisində iştirak edəcək. Hər birinizi stendimizi ziyarət etməyə dəvət edirik”, - deyə İdarənin prezidenti Qiyom Roz bildirib. **
A.Əzizov