2016-cı ildə Azərbaycan Beynəlxalq Bankınınburaxdığı ödəniş kartları vasitəsilə 4 mlrd. manat ümumi həcmdə 28 mln. 427,115 min əməliyyat həyata keçirilib.
“Ötən il ABB-nin buraxdığı kartlarla 4 mlrd. manatdan artıq ümumi həcmdə 28 mln. 427,115 min əməliyyat həyata keçirilib”, - deyə bankdan məlumat verilib.
2017-ci ilin əvvəlinə ABB-nin 1 mln. 308,384 min aktiv plastik kartı var.
“ABB-nin şəbəkəsində 763 ədəd bankomat daxildir. Müxtəlif ticarət-xidmət məntəqələrində bank tərəfindən quraşdırılan bankomatların sayı 1,13 minə çatıb”, - deyə məlumatda vurğulanır.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın əsas səhmdarı Maliyyə Nazirliyidir (54,96%). Bankın daha bir iri səhmdarı “Aqrarkredit” QSC-dir (27,26%). **
A.Əzizov