Azərbaycan prezidenti İlham Əliyev Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə görüşü zamanı energetika və ticarət sahələrində əməksdaşlıq imkanlarını müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edildi. M.Bərzani İraq Kürdüstan Regional Hökumətinin Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi”, - deyə məlumatda deyilir.
Həmçinin, M.Bərzani əlaqələr genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı. **
F.İsazadə