2016-cı ildə Azərbaycana səfər edən Qətər turistlərinin sayı 5,5 dəfə artıb. Bu barədə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bəyan edib.
“Fars körfəzi ölkələri ilə viza rejiminin sadələşdirilməsi, ölkələr arasında birbaşa hava əlaqəsinin açılması turizm axınını intensivləşdirməyə imkan verib. Nəticədə, ötən il Qətərdən Azərbaycana səfər edən turistlərin sayı 5,5 dəfə artıb”, - deyə N.Səmədov bildirib.
Hazırda hər iki tərəf arasında fiziki imkanları məhdud şəxslərin fəaliyyəti üçün turizm obyektlərində müvafiq infrastrukturun yaradılması məsələsi müzakirə olunur. **
A.Əzizov