Dövlət Gömrük Komitəsi 2016-cı ildə $2 mln.-dan artıq məbləğə ekvivalent xarici valyutanın qanunsuz yolla Azərbaycandan çıxarılmasının qarşısı alıb. Bu barədə DGK sədri Aydın Əliyev bu gün mətbuat konfransında məlumat verib.
“Ötən il gömrük orqanları tərəfindən $2 mln.-dan artıq məbləğə ekvivalent xarici valyutanın qanunsuz yolla ölkədən çıxarılması cəhdlərinin qarşısı alınıb”, - deyə A.Əliyev bildirib.
O həmçinin vurğulayıb ki, fiziki şəxslərin Azərbaycana şəxsi məqsədlər üçün siqaret və ərzaq mallarının gətirilməsinə gömrük güzəştıərinin tətbiqi dövründə dövlət büdcəsinə “yalnız siqaret idxalından” 100 mln. manat az gəlir daxil olub. **
N.Abbasova