Sberbank Investment Research (SIR) analitikləri Azərbaycanın pul və büdcə siyasətinin sinxronlaşdırılmasını vacib hesab edirlər.
"Hökumətin büdcə kəsirinin azaldılması və qızıl-valyuta ehtiyatlarının saxlanılmasına yönəlmiş səyləri müsbət nəticələndi, bu, həm də neftin qiymətinin bahalaşması (2016-cı ilin II rübündə 1 barel neftin qiyməti 45 dollardan çox olub) hesabına mümkün oldu. Sərt büdcə siyasəti Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin və valyuta bazarında möhkəm valyuta təklifinin azalmasına səbəb olub", - deyə analitiklər qeyd edirlər.
Bundan başqa, hökumətin maliyyə sisteminin stabilləşdirilməsi ilə bağlı səyləri manatla olan pul kütləsinin artmasına gətirib çıxarıb və mübadilə məzənnəsinə əlavə təzyiq yaradıb.
"Nəticədə yumşaq pul və sərt büdcə siyasəti ucuzlaşmaqda olan manatın mövqeyini sabitləşdirə bilmədi", - deyə analitiklər hesab edirlər.
Onların qiymətləndirmələrinə görə, Mərkəzi Bank bankların mübadilə məzənnəsinin kotirovka dəhlizindən imtina edərək üzən məzənnə rejiminə doğru daha bir addım atdı (rəsmi mübadilə məzənnəsindən 4% yuxarı və ya aşağı). "Biz bunu düzgün istiqamətə doğru addım hesab edirik, lakin güman edirik ki, manatın stabilləşməsi və Mərkəzi Bank ilə ARDNF arasında valyuta əməliyyatlarının sinxronlaşdırılması kimi devalvasiya gözləntilərinin azalması üçün tədbirlər davam etdirilməlidir", - deyə SIR analitikləri vurğulayıblar.*
A.Əzizov