Mətbuat Şurasının sədri, parlamentin deputatı Əflatun Amaşov Azərbaycanda sosial şəbəkələr və blogerlər daxil olmaqla, internet resursların fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlamağı təklif edib.
“Bu gün bizdə bloger fəaliyyətinin çəçivələri müəyyən edilməyib. Bununla əlaqədar bu sahənin hüquqi tənzimlənməsinə zərurət var”, - deyə Ə.Amaşov Milli Məclisin insan hüquqları komitəsininiclasında bildirib.
Deputatın təşəbbüsü Milli MəclisinDövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri SarvanSadıqovtərəfindən dəstəkləndi. “Hər kəs istədiyini yazır. Buna görə, bu sahədə xaos hökm sürür. Qeyd olunan sahənin qanunvericiliklə tənzimlənməsi zərurəti mövcuddur”, - deyə o vurğulayıb. **
R.Babayev