Azərbaycanda aviasiyatəhlükəsizliyiüzrəDövlət Proqramı hazırlanacaq. Bu barədə Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bəyan edib.
“2013-cü ildə qəbul edilən “Beynəlxalq mülki aviasiya haqqında” Konvensiyaya 19-cu əlavəyə əsasən, bu sənədə qoşulan ölkələr uşuşların təhlükəsizliyinə dair Dövlət Proqramı qəbul etməlidir. Bununla əlaqədar, Administrasiya “Aviasiya haqqında” qanununa dəyişikliklər hazırlayıb”, - deyə A.Məmmədov həmin düzəlişləri komitənin iclasında təqdim edərkən bildirib.
Onun sözlərinə görə, cari ilin avqust ayında Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO)Azərbaycanda aviasiya təhlükəsizliyinin təminatı sahəsində audit keçirəcək.
“Dövlət Proqramının olmaması Azərbaycanın mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsinə mənfi təsir edə bilər. Buna görə, biz bu cür proqram layihəsi hazırlayacağıq”, - deyə A.Məmmədov əlavə edib. **
A.Axundov