Hüquq-mühafizə orqanları tərəfindən mənzildən iri məbləğdə pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən 30 min manat və 8 min ABŞ dolları, habelə 10 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Gündüz Məlikov tutulub”, - deyə məlumatda deyilir. **
R.Babayev