Avropa Şurası Parlament Assambleyası Azərbaycanda demokratik islahatların davam etdiriməsini zəruri hesab edir.
“İslahatlar prosesinə yeni impuls vermək, xüsusilə məhkəmə, media azadlığı, insan haqları və QHT-lərlə bağlı qanunvericilik sistemində hakimiyyətlə dialoqa təkan vermək son dərəcə vacibdir. Biz Azərbaycan hökuməti və vətəndaşlarla bu islahatları müəyyənləşdirmək və həyata keçirmək sahəsində əməkdaşlıq etməyə hazırıq”, - deyə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın yanvarın 12-14-də Azərbaycana faktaraşdırıcı səfərləri ilə bağlı bəyanatda deyilir.
“Danışıqlarımız ümumilikdə məhkəmə sistemində islahatların həayata keçirilməsi ilə bağlı olub. Müstəqil ədliyyə sisteminə etimadın artırılması məqsədilə bu sahədə problemlərin aradan qaldırılması zərurəti barədə danışmışıq” - deyə həmməruzçilər xüsusilə cinayət işlərinin ibtidai istintaq mərhələsində islahatların davam etdirilməsi, alternativ cəza növlərinin tətbiqi və həddi buluğa çatmayan şəxslərlə vbağlı cinayət işləri üzrə ayrıca məhkəmə sisteminin yaradılmasını qeyd ediblər.
Onlar Azərbaycan rəhbərliyinin Avropa Şurası lə məhkəmə islahatları sahəsində əməkdaşlıq etməyə hazır olmasını alqışlayıb, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının tam icrasının vacibliyini qeyd ediblər.
Həmməruzəçilər vurğulayıblar ki, səfər çərçivəsində İnternet və sosial medianın inkişafı, İnternetdə söz və ifadə azadlığı məsələləri müzakirə olunub.
Azərbaycana səfərləri zamanı ölkədə insan haqlarına hörmət məsələsi də müzakirə edilib.
Səfər çərçivəsində onlar Azərbaycan prezidenti,Prezident Administrasiyasının rəhbəri parlamentin vitse-spikeri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Baş prokurorun müavini, ədliyyə nazirinin müavini ilə görüş keçiriblər.
Həmçinin, üzvləri və beynəlxalq ictimaiyyət üzvləri ilə də keçirilib.
O cümlədən, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, parlamentdə təmsil olunamyan partiyaların üzvləri ilə görüşlər keçirilib. .
Bəyanatda o da qeyd olunur ki, səfər zamanı onlar həbsxanada İlqar Məmmədov, İlkin Rüstəmzadə, Seymur Həziyev və Səid Dadaşbəyli ilə görüşüblər.
Həmməruzəçilər səfərlə bağlı informasiya qeydlərini Monitorinq Komitəsinin qarşıdan gələn iclasında təqdim edəcəklər. **
R.Babayev