Avropa Birliyinin yeni təyin olunmuş Büdcə və insan resursları üzrə komissarı cənab Günter Ötinger 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcək. Bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında deyilir.
«SOCAR-ın prezidenti Rövnəq Abdullayev Davosa səfəri çərçivəsində G.Ötingerlə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizinin Avropa maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi, layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələlər və s. mövzular ətrafında müzakirələr aparılıb», - deyə məlumatda bildirilir.
Büdcə və insan resursları üzrə komissar 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib.*
N.Abbasova