“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın törəmə strukturu) 2020-ci ildən sonra ilkin kütləvi təklif həyata keçirməyi planlaşdırır. Bu barədə şirkətin rəhbəri Zaur Qəhrəmanov Türkiyənin “Dünya” qəzetinə müsahibəsində deyib.
«Məqsədimiz 2020-ci ilin sonuna qədər Türkiyəyə iri investisiya qoyuluşları başa çatdıqdan dərhal sonra beynəlxalq bazarlarda IPO həyata keçirməkdir. İPO İstanbul Birjası ilə yanaşı, London və ya Honkonq Birjasında həyata keçirilə bilər. Məsələni vəziyyətə görə həll edəcəyik», - deyə o qeyd edib.
Z.Qəhrəmanlı xatırladıb ki, hazırda “SOCAR Turkiye Enerji”nin səhmlərinin yalnız 13%-i səhmdarlardadır.*
N.Abbasova