SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yay aylarında Petlim konteyner limanının II mərhələsini istismara verməyi planlaşdırır.Bu barədə “SOCAR Turkiye Enerji” şirkətinin prezidenti Zaur Qəhrəmanov məlumat verib.
«Limanın birinci mərhələsi artıq istismara verilib, ikinci mərhələ cari ilin yay aylarında istismara veriləcək. Bu, limana 13 min konteyner qəbul etməyə imkan verəcək və hər konteynerə görə $200-250 məbləğində qənaət etməyə şərait yaradacaq. Bu, Egey dənizində ən iri imana çevriləcək və gücünə görə Heydərpaşa Limanından iki dəfə artıq olacaq”, - deyə Z.Qəhrəmanov bildirib.
Xəbər verildiyi kimi, 6 dekabr 2016-cı il tarixində Petlim konteyner limanı I mərhələ çərçivəsində kommersiya fəaliyyətinə başlayıb və ilk qəmini qəbul edib.
Limanın İzmirdə tikintisi “Petlim Limancılık Ticarət A.S” və Hollandiyanın “APM Terminals” şirkəti tərəfindən konteyner limanının tikintisi və istismarı haqqında müqavilə əsasında həyata keçirilir. **
N.Abbasova