Bakı polisi tərəfindən iri mənzildənseyf oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
“Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən birindən içərisində 40 min ABŞ dolları və 30 min avro pul olan seyfi oğurlamaqda şübhəli bilinən Aslan Mikayılov, Royal Kərimli və Abşeron rayon sakini Sadiq Heybətov tutulublar”, - deyə məlumatda deyilir. **
R.Babayev