Azərbaycan İrana Tehranda çoxbərtəbəli binada yanğının nəticələrinin aradan qaldırılmasında kömək təklif edib. Bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bəyan edib.
Bu gün paytaxtın Səbail RayonDövlət Yanğından Mühafizəhissəsinin rəisi Etibar Nəsirov İranın Bakıdakı səfirliyində olub və Tehranda yanğınsöndürənlərin həlak olması ilə əlaqədar başsağlığı verib.
“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə zamanı yanğının nəticələrinin aradan qaldırılmasında kömək təklif edir”, - deyə C.Cahangirzadə bu gün jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, K.Heydərov qeyd edib ki, Azərbaycan istənilən an həm texniki, həm də canlı qüvvə ilə kömək etməyə hazırıdır.
C.Cahangirzadə o cümlədən, başda prezident İlham Əliyev olmaqla, Azərbaycan rəhbərliyinə hadisə ilə bağlı İran xalğı və hökumətinə diqqət və başsağlığına görə minətdarlığını bildirib.
“Əminəm ki, münasibətlərimiz gələcəkdə də yüksələn xəttlə inkişaf edəcək. Biz bu inkişafda maraqlıyıq”, - deyə diplomat qeyd edib. **
F.İsazadə