İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günləri 176 cinayət faktı qeydə alınıb, onların 70-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 102 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.*
R.Babayev