İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur yanvarın 24-də Azərbaycana işgüzar səfər edəcək. Bu barədə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə məlumat verib.
“Yanvarın 24-də İ.Rəhimpur Azərbaycana səfər edəcək. Səfərin məqsədi Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanınişlənibhazırlanması üzrə Xüsusi işçi qrupunun iclasında iştirak etməkdir”, - deyə səfir jurnalistlərə bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində İ.Rəhimpur Azərbaycan tərəfi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
“Bundan başqa, Azərbaycan rəsmiləri ilə görüşlər keçiriləcək. Həmin görüşlərdə Bakı və Tehran arasında ikitərəfli münasibətlər müzakirə ediləcək”, - deyə C.Cahangirzadə vurğulayıb. **
F.İsazadə