İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabaği Azərbaycana gələcək. Bu barədə bu gün jurnalistlərə İranın Bakıdaki səfiri Cavad Cahangirzadə məlumat verib.
«Qurbanəli Səadət Qarabaği yanvarın 24-də Azərbaycana gələcək. Onun səfərində məqsəd yanvarın 25-də keçiriləcək Azərbaycan-İran biznes forumunda iştirak etməkdir»,- deyə C.Cahangirzadə bildirib.
Onun sözlərinə görə, valini Qərbi Azərbaycan vilayətinin biznes dairələrindən ibarət böyük nümayəndə heyəti müşayiət edəcək.*
F.İsazadə