İran hesab edir ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi müsəlman ölkələrinin yaxınlaşmasına xidmət edəcək. Bunu İranın Bakıdakı səfiri Cavad Cahangirzadə deyib.
«Hesab edirəm ki, prezident İlham Əliyevin bu təşəbbüsü İslam respublikaları arasında əlaqələrin möhkəmlənməsinə və münasibətlərin inkişafına yönəlmiş ən mühüm işlərdən biridir», - deyə səfir bu gün jurnalistlərə bildirib.
O xatırladıb ki, İslam ölkələri bu gün İslam Dövləti kimi bəla ilə üzləşiblər, müsəlman ölkələrində gedən müharibələr onların zəifləməsinə səbəb olur.
«Ümid edirik ki, bu, İslam ölkələrinin yaxınlaşmasına kömək edəcək», - deyə C.Cahangirzadə qeyd edib.*
F.İsazadə