Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro AqramuntAzərbaycanda vətəndaş cəmiyyətinin bir sıra nümayəndələri və jurnalistlərin həbsdən azadlığa buraxılmalarını alqışlayıb.
“Azərbaycanda vətəndaş cəmiyyətinin bir sıra nümayəndələri və jurnalistlər azadlığa buraxılıblar”, - deyə P. Aqramunt AŞPA-nın bu gün Strasburqda keçirilən qış sessiyasının ilk plenar iclasında bildirib.
AŞPA sədri 2016-cı ilin aprel ayında Qarabağ münaqişəsi zonasında baş verən döyüşlərə görə təəssüfünü ifadə edib. **
R.Babayev