Azərbaycan 2016-cı ildə pambıqyığan kombaynların satın alınmasına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
""Aqrolizinq" ASC 2016-cı ilin dekabrında 75 ədəd pambıqyığan kombaynı sahibkarlara əlverişli şərtlərlə lizinqə verib", - deyə məlumatda bildirilir.
Ötən il ölkədə pambıq istehsalı 2,5 dəfə - 87,2 min tona qədər artıb.
Bundan başqa, 2016-cı ildə Azərbaycan $24 mln. 9 min məbləğində (artım 24,3%) 14,612 min ton pambıq (bir il ərzində artım 11,1% ) ixrac edib.*
A.Axundov