Macarıstanın Azərbaycandakı səfirliyində İtaliyanın Verona şəhərində avtobus qəzası nəticəsində 16 tələbənin həlak olması ilə əlaqədar başsağlığı kitabı açılacaq.
“Yanvarın 25 və 26-da səfirlikdə başsağlığı kitabı açılacaq”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik nümayəndəlikdn məlumat verilib.
Faciəvi hadisə ilə əlaqədar Macarıstanın Bakıdakı səfirliyində qara bayraq qaldırılıb.
Yanvarın 21-də İtaliyanın Verona şəhərində içərisində tələbələrin olduğu avtobus qəza törədərək yanıb. Hadisə nəticəsində 16 nəfər həlak olub. **
F.İsazadə