Bu ilin birinci yarısında Bakıda Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
«2017-ci ilin I yarısında Bakıda Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında strateji və iqtisadi forumun keçirilməsi planlaşdırılır. Forumun məqsədi iqtisadiyyat, ticarət, sərmayələr, enerji, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, mədəniyyət və idman kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin müəyyən edilməsi və biznes dairələri arasında birbaşa təmasların təşviq edilməsidir», - deyə məlumatda qeyd edilir.
Azərbaycan və KƏŞ 2013-cü ilin iyun ayından əməkdaşlıq edir.*
F.İsazadə