Milli Məclisin İnsan hüquqları komitəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfindən qaytarılması məsələsində yardım edilməsi xahişi ilə beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə, Avropa Şurasına, Qızıl Xaç Komitəsinə müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
“İnsan hüquqları komitəsi müvafiq beynəlxalq beynəlxalq təşkilatları əsgər Çingiz Qurbanovun nəşinin qaytarılması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməyə, işğalçı Ermənistan dövlətinin rəhbərliyinə təzyiq və təsirlərini artırmağa çağırır”, - deyə məlumatda bildirilir.*
R.Babayev