Dağlıq Qarabağın gələcək statusu yalnız vahid Azərbaycan dövləti çərşivəsində mümkündür. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Dağlıq Qarabağın gələcək statusunun müəyyən olunması yalnız vaghid Azərbaycan dövlət çərçivəsində mümkün ola bilər”, - deyə İ.Əliyev Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq.
“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq”, - deyə prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan öz azad gələcəyini, müstəqil həyatını qurur. “Biz 25 ildir ki, müstəqil dövlətik və bir daha demək istəyirəm, heç kimdən heç bir yardım almadan, bəzi başqa ölkələr kimi heç kimin ətəyindən yapışmadan bunu əldə etmişik. Bu gün açığını deməliyik, Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. “İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır”, - deyə İ.Əliyev vurğulaylb.**
R.Babayev