Azərbaycan 2016-cı ilin yanvar-noyabr aylarında 7 mlrd. 131,1 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 2,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac olunan qazın ümumi dəyəri $1 mlrd. 150 mln. 134,2 min (azalma 29,7%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $925 mln. 127,7 min dəyərində 6 mlrd. 181,5 mln. kubmetr qaz ixrac edilib.
2015-ci ildə 8 mlrd. 405 mln. 244,65 min kubmetr qaz ixrac olunub.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.*
N.Abbasova