Xarici işlər naziri Elmar Məmmədayrov bu gün rusiyalı həmkarı Sergey Lavrov ilə danışıqlar məqsədlilə Moskvaya işgüzar səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“E.Məmmədyarovun səfəri Rusiya tərəfinin təşəbbüsü əsasında həyata keçirilir”, - deyə məlumatda deyilir.
“S.Lavrovla görüşdə Azərbaycan və Ermənistan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılan danışıqlar əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq”, - deyə məlumatda vurğulanır. **
F.İsazadə