Azərbaycanda minimum əməkhaqqının artırılması 145 min nəfəri əhatə edəcək. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün mətbuat konfransında məlumat verib.
«Yanvarın 21-də prezident İlham Əliyev 1 yanvar 2017-ci il tarixindən minimum əməkhaqqının məbləğinin 105 manatdan 116 manatadək artırılması haqqında sərəncam imzalayıb. bu sərəncam 145 min nəfəri əhatə edəcək», - deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda 71 min nəfər minimum əməkhaqqı məbləğindən az məbləğdə əməkhaqqı alır.
«Bu onunla əlaqədardır ki, onlar yarım ştatda və ya saathesabı işləyir», - deyə S.Müslümov qeyd edib.*
R.Babayev