Bu il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 122,5 mln. manat yönəldiləcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
«Ötən il inflyasiya 13% səviyyəsində proqnozlaşdırılanda, bu məqsədlə 127 mln. manat məbləğində vəsaitin ayrılması planlaşdırılırdı. Lakin qeyd olunan dövrdə inflyasiya 12,4% təşkil etdiyi üçün əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsinə 122,5 mln. manat və ya hər ay 10,21 mln. manat lazımdır», - deyə o bildirib.
Nazirin sözlərinə görə, pensiyaların sığorta hissəsinin artırılması prosesi 1,24 mln. nəfərə şamil olunacaq.
«Bu, pensiyaçıların ümumi sayının 94%-ni təşkil edir», - deyə S.Müslümov qeyd edib.*
R.Babayev