2016-cı il ərzində Azərbaycanın dövlət büdcəsinin kəsiri 241,2 mln. manat və ya ÜDM-in 0,4%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilir.
“Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, ötən il ərzində dövlət büdcəsinin gəlirləri 17 mlrd. 501,2 mln. manat (2015-ci ilin göstəricisi ilə müqayisədə azalma 4,9%), xərcləri 17 mlrd. 742,4 mln. manat (azalma 4,9%) təşkil edib”, - deyə komitədən bildiriblər.
Bununla yanaşı, 2016-cı ildə gəlirlər üzrə proqnoz 103,7%, xərclər üzrə 95,9% icra olunub.
2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri 18 mlrd. 495 mln. manat, kəsiri 1 mlrd. 673 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılıb.**
A.Əzizov