2017-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə sahibkarlara ən azı 150 mln. manat məbləğində güzəştli kredit veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Bu məbləğ əvvəllər verilmiş kreditlərin qaytarılması nəticəsində əldə edilən vəsaitlərin hesabına veriləcək", - deyə məlumatda bildirilir.
2016-cı ildə fondun xətti ilə 2,477 min sahibkara təxminən 190 mln. manat kredit verilib. Verilmiş kreditlərin 63,1%-i qaytarılan vəsaitlərin payına düşüb.
"Bu günədək təxminən 32,7 min sahibkara SKMF-in xətti ilə 2 mlrd. manata yaxın məbləğdə kredit verilib. Maliyyələşdirilən layihələrin ümumi dəyəri 4 mlrd. manat təşkil edir", - deyə məlumatda bildirilir.*
A.Əzizov