Neftçala Sənaye Zonasında layihələrə investisiya qoyuluşu 49 mln. manat həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 mln. manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır”, - deyə nazirlikdən bildiriblər.
Sənaye Zonasında beş müəssisə - karton stəkan istehsal edən "Sun Rise Production", polietilen boru istehsal edən "Toğrul-2008", kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi "Petroqeoaz", modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan "Providence Doytch Limited" və balıq yemi istehsal edən "Kəhf" şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul istehsalına başlayacaq. Avtomobil istehsal edən "Azeurocar" isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır. **
A.Əzizov