Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 24-də keçirilən növbəti depozit hərracında 50 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“AMB yanvarın 24-də növbəti depozit hərracı keçirib. Hərracda təklif 165 mln. manat təşkil etsə də, Mərkəzi Bank 50 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 14,59% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.**
N.Abbasova