Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 2016-cı ildə 172 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnu qeydiyyata alıb. Bu barədə Komitədən məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci ildə ƏMDK 191 min daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnu qeydiyyata alıb. Beləliklə, 206-cı ilin yekunları üzrə mülkiyyət hüququnun qeydiyyatı 9,9% azalıb.
Komitənin məlumatına görə, 2016-cı ildə qeydiyyata alınan obyektlərin 50 mini ilkin (2015-ci illə müqayisədə artım 18,7%), 122 mini təkrar qeydiyyata aid olub. **
N.Abbasova