2016-cı ildə Azərbaycanda tikinti materiallarının istehsal həcmi 346,8 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 10,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 2 mln. 309,5 min ton sement (azalma 14,8%), 147,2 min ton tikinti gipsi (azalma 25,1%), 80 min 663 ton sement, süni daş və ya betondan tikinti blokları və kərpic (azalma 37,3%), 345,8 min ton asfalt (azalma 24,9%) istehsal olunub.
Bundan başqa, tikinti kərpicinin istehsalı 22,5% - 205,5 min kubmetr, hazır beton qarışığı istehsalı 57,1% - 404,6 min ton, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 35,8% - 7 min 509,4 tonadək azalıb.
2016-cı ildə 27,448 min ton tikinti əhəngi (artım 65,9%), 88,2 min kubmetr beton konstruksiya (artım 4 dəfə) istehsal edilib.**
A.Axundov